Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Güləş üzrə Avropa çempionu olan Azərbaycan komandası Bakıya qayıdıb

Avropa komanda çempionatında qalib gələn Azərbaycan sərbəst güləş komandasının üzvləri Bakıya qayıdıblar.

Albaniyada keçirilən yarışda idmançılarımız üç qızıl, iki gümüş və bir bürünc medal qazanıblar.

Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan idmançılarının təntənəli qarşılanma mərasimi keçirilib.

Xatırladaq ki, Azərbaycan sərbəst güləş komandası Albaniyanın Tiran şəhərində keçirilən Avropa çempionatında komanda yarışında birinci yeri tutub.

Komanda 152 xal toplayaraq altıncı dəfə Avropa çempionu olub. Azərbaycan sərbəst güləş komandası əvvəllər 2009, 2017, 2022, 2023 və 2025-ci illərdə qitə çempionatlarında komanda yarışında qalib gəlib.

Best coffeeshop in Berlin