Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Rusiya AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı təzminat ödəyəcək

Azərbaycan və Rusiya 2024-cü ilin dekabr ayında AZAL təyyarə qəzasının nəticələrinin həlli, o cümlədən həlak olanların ailələrinə və yaralananlara kompensasiya ödənilməsi barədə razılığa gəliblər.

İki ölkənin xarici işlər nazirlikləri müvafiq birgə bəyanat yayıblar.

Bəyanatda deyilir: "9 oktyabr 2025-ci il tarixində Düşənbədə keçirilən görüşdə Azərbaycan Respublikası və Rusiya Federasiyası prezidentlərinin əldə etdikləri razılaşmalara uyğun olaraq, tərəflər kompensasiya məsələsi də daxil olmaqla, nəticələrin müvafiq şəkildə həlli barədə razılığa gəliblər".

Bəyanatda bildirilir ki, faciə Rusiya Federasiyasının hava məkanında hava hücumundan müdafiə sisteminin qəsdən aktivləşdirilməsi nəticəsində baş verib.

Qəbul edilən qərarların müttəfiqlik münasibətlərinə əsaslanan əməkdaşlığı daha da inkişaf etdirmək üçün qarşılıqlı istəyi əks etdirdiyi vurğulanır.

Tərəflər qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan əməkdaşlığın gücləndirilməsinin mehriban qonşuluq əlaqələrinin inkişafına töhfə verəcəyinə əminliklərini bildiriblər.

Bəyanatda həmçinin həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verilir.

Xatırladaq ki, 25 dekabr 2024-cü ildə Azərbaycan Hava Yollarına (AZAL) məxsus J2-8243 reysi ilə Bakıdan Qroznıya uçan Embraer 190 təyyarəsi Qazaxıstanın Aktau şəhərindən 3 km aralıda qəzaya uğramışdı.

J2-8243 reysi ilə uçan Embraer 190 təyyarəsinin göyərtəsində 67 nəfər olub, onlardan 42-si Azərbaycan vətəndaşı, 16-sı Rusiya vətəndaşı, 6-sı Qazaxıstan vətəndaşı və 3-ü Qırğızıstan vətəndaşıdır.

Qəzada 38 nəfər həlak olub, 29-u sağ qalıb.

İlkin istintaq məlumatlarına görə, təyyarə Qroznıya yaxınlaşarkən Rusiyanın Pantsir-S hava hücumundan müdafiə sistemi tərəfindən hücuma məruz qalıb.

Best coffeeshop in Berlin