İlham Əliyev Tbilisidə Qəhrəmanlar Memorialını ziyarət edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 6-da Tbilisidə Qəhrəmanlar Memorialını ziyarət ediblər.
Qəhrəmanlar Memorialında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Dövlətimizin başçısı Memorialın önünə əklil qoydu.
Sonra Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirildi.


