Ukraynada yeganə qorillanın 50 yaşı tamam olur
Ukraynada yeganə qorilla Toni ad gününü avqustun 8-də qeyd edir.
Bu barədə Kiyev Zooparkının mətbuat xidməti məlumat yayıb. Qorilla 50 yaşını qeyd etmək üçün ad günü piknikinə çıxacaq.
Qorilla Toni 1999-cu ilin sentyabrında Almaniyadan Kiyev Zooparkına gətirilib. Orta hesabla qorillalar 30-45 il yaşayırlar. Buna görə də Toni uzun ömürlüdür.
Bir neçə il əvvəl Toni həddindən artıq kilo alması səbəbindən mədə-bağırsaq problemləri yaşamağa başladı. O vaxta qədər onun bədən çəkisi 230 kq-a çatmışdı. Zooloqlar və baytarlar avropalı həmkarları ilə birlikdə ətraflı müayinə keçirərək müalicəvi pəhriz və xüsusi fiziki məşqlər təyin ediblər.


