Çin İrana yeni silahlar göndərir
ABŞ kəşfiyyatı Çinin qarşıdakı həftələrdə İrana yeni hava hücumundan müdafiə sistemləri göndərməyi planlaşdırdığınI bildirib.
AZpress.AZ CNN-ə istinadən xəbər verir ki, bu barədə kəşfiyyat qiymətləndirməsində iştirak edən üç mənbə məlumat verib.
Qeyd edilib ki, Çin atəşkəsdə vasitəçilik etdiyini nəzərə alsaq, bu addım ABŞ üçün təhdid yaradır və İranın xarici ölkələrin köməyi ilə müəyyən silah sistemlərini yeniləmək üçün atəşkəsdən istifadə etdiyini vurğulayıb. Hesabata görə, Çin müharibə zamanı aşağıdan uçan ABŞ təyyarələri üçün təhlükə yaradan MANPADS adlı zenit sistemlərini İrana göndərməyi planlaşdırır.


