Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

“İradənə sahib çıx!” adlı tədbir keçirildi +FOTO=10

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 sentyabr 2025-ci il tarixli 721 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na uyğun olaraq hər il mütəmadi olaraq  Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində narkomaniya ilə mübarizəyə həsr olunmuş müxtəlif səpkili maarifləndirici tədbirlər keçirilir. Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinin birgə təşkilatçılığı ilə “İradənə sahib çıx!” adlı tədbir 10 aprel 2026 - cı il tarixində muzeydə baş tutdu.  
Tədbiri muzeyin əməkdaşı Türkan Əliyeva giriş sözü ilə açaraq bəşəriyyətin ən qorxulu bəlalarından biri olan ağ ölüm və onun törətdiyi fəsadlar barədə məlumat verdi. Ardınca iştirakçılara bu mövzuda hazırlanmış videoçarx  nümayiş olundu.
Daha sonra Respublika Narkoloji Mərkəzin  həkim-narkoloqu  Asif  Kəngərli  narkomaniyaya qarşı maarifləndirməyə həsr olunmuş geniş mühazirə ilə çıxış etdi və gənclərin zərərli vərdişlərdən qorunması, sağlam inkişaf etməsi və sairə söhbətlər ətrafında maraqlı diskussiyalar qurdu, ünvanlanan sualları ətraflı şəkildə cavablandırdı. Bundan başqa Asif Kəngərli bu sahədə apardığı tədqiqatları və maarifləndirici fəaliyyətini əks etdirən kitablarını təqdim etdi. Həmçinin tədbir çərçivəsində iştirakçılara maarifləndirici sosial çarxlar da nümayiş olundu. 
Görüşün təşkilinə görə həkim-narkoloq Asif Kəngərli muzeyin rəhbərliyinə və kollektivinə öz təşəkkürünü bildirdi.
Tədbirin auditoriyası gənclərdən, muzey əməkdaşlarından ibarət idi. 
Sonda xatirə şəkilləri çəkildi.  

Rüstəm Fərman

Best coffeeshop in Berlin