Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Kitabxanada “Yubileylər silsiləsi” tədbirləri davam edir

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında “Yubileylər silsiləsi” tədbirlər çərçivəsində Azərbaycanın ilk Xalq şairi, dramaturq, tərcüməçi, akademik Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş videoçarx hazırlandı.
AZpress.AZ xəbər verir ki, videoçarx Ulu Öndər Heydər Əliyevin Səməd Vurğunun 90 illik yubileyindəki çıxışından fraqmentlə və Səməd Vurğunun arxivdə saxlanılan söylədiyi şeirlə başlayır. Videoçarxda Ulu Öndərin Səməd Vurğun haqqında söylədiyi sitatlar da verilir. 
Xalq şairinin həyatı, yaradıcılığı və əsərləri haqqında məlumat verilir. Qeyd olunur ki, gənc şair öz xalqını, Vətənini, doğma torpağını sevdiyi üçün özünə “Vurğun” təxəllüsünü götürmüşdür. Şairin ilk kitabı “Şairin andı” 1930-cu ildə nəşr olunmuşdur. Bildirilir ki, 1935-ci ildə Səməd Vurğun 7 poema və 100-ə yaxın şeir yazmışdır. Səməd Vurğun N.Gəncəvinin “Leyli və Məcnun”, M.Füzulinin əsərlərindən parçalar, Ş.Rustavelinin “Pələng dərisi geymiş pəhləvan”, A.S.Puşkinin “Yevgeni Onegin”, M.Qorkinin “Qız və ölüm” əsərlərini Azərbaycan dilinə tərcümə etmişdir. Böyük Vətən müharibəsi S.Vurğunun yaradıcılığında xüsusi yer tutur. O, bir neçə epik poema və 60-dan çox şeir yazmışdır. Xalq şairinin “Ananın nəsihəti” şeiri ABŞ-da müharibə əleyhinə əsərlər müsabiqəsində yüksək qiymətləndirilmişdir.
Azərbaycan Elmlər Akademiyasının təsisçilərindən biri də Səməd Vurğun olmuşdur. Şair 1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının akademiki, 1954-cü ildə akademiyanın vitse-prezidenti vəzifəsinə seçilmişdir. 
Xalq şairi Səməd Vurğunun xatirəsi, onun təltifləri və mükafatları haqqında da məlumat verilir.

Videoçarx kitabxananın YouTube kanalında nümayiş olunur: 

Best coffeeshop in Berlin
https://youtu.be/2UD1ugM1QAg