Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Ramanada dəhşət: Kirayə qaldığı otaq yoldaşını 23 bıçaq zərbəsi ilə öldürdü 

Sabunçu rayonunda qətl baş verib.

Hadisə rayonun Ramana qəsəbəsindəki fərdi yaşayış evində qeydə alınıb.

Məlumata görə, sözügedən evdə kirayədə qalan 47 yaşlı Zəfər Məmmədovla otaq yoldaşı əvvəllər məhkum olunmuş Hüseyn Həsənov arasında söyüş üstündə mübahisə düşüb. Bu zaman H.Həsənov Z.Məmmədova 23 dəfə bıçaq xəsarəti yetirərək onu qətlə yetirib.

"Səs gəldiyini eşitdim. Birinci dəfə əhəmiyyət vermədim. Daha sonra eyni səsi yenə eşidəndə, qapını döydüm. Dedim ki, açmasan, qapını qıracağam. Otağa baxıb gördüm ki, Zəfər içəridə yatır. Onu çağırdım, amma səs vermədi. Şübhələnib yorğanı qaldıranda, gördüm ki, çarpayı qanın içindədir. Bircə onu dedi ki, söyüş söydüyünə görə vurdum", - deyə ev sahibi hadisə ilə bağlı danışarkən bildirib.

Best coffeeshop in Berlin
https://youtu.be/alrOYtHKz_Q?si=mkdbsdIBb4UrxD-T