Vaqif Bəhmənli:
Dərdin dərəcəsi
Yatmış hamı, bir Allah oyaqdı, daha bir mən.
Məndən aşağı kimsə yox, ondan da yuxarı...
(M.Şəhriyar)
Ruhum, dur yığış, gedirik
şən yuxarı, mən aşağı.
(R.Rövşən)
xxx
Yol yanıldır gümanımı,
hopuram izdən aşağı.
Qar bürüyür dabanımı,
qan axmır dizdən aşağı!
Dibə çatan kankan hanı?
Haqqa məskən məkan hanı?
Dalğıcda o imkan hanı
dala dənizdən aşağı?
Hadı dünya, Bıdı dünya,
Son mətləbin nədi, dünya?
Tutma mərdi, gidi dünya
quldan, kənizdən aşağı!
Alışmaqdı ömrün adı –
Hər çınqının ayrı dadı...
Sümüyəcən yanır odun,
Kül qalır közdən aşağı...
Fələk çərxi dönə bəlkə?-
aram ola sinə bəlkə...
Can yanğısı sönə bəlkə;
yaş axır gözdən aşağı.
Sinəmdə qəm büküm-büküm,
Cana sığmır ağır yüküm.
Azaltmır ağrımı tütün
qətranı yüzdən aşağı
Vaqif, sözü böyütmə çox-
Giley nə çox, öyüd nə çox...
Allahdan üstdə kimsə yox,
Kimsə yox bizdən aşağı
Vaqif Bəhmənli, 2025, Mərdəkan.
* * *
Topasının ağsaqqalı ,
" Görmədimi" yazan Vaqif
Bəhmənli , sağ ol :
Gözlərindən çıxmayan yaş,
Axır bənizdən aşağı…
Şeirdən çox bu şəkil məni tar-mar elədi. Qardaş, sizin dərdiniz dağılmaz ki, heç. Çünki o dərd bizim dərdimizdir, o yük millətin yüküdür. Tək çəkiləsi yük deyil...
Gözəl hisslərin və insani duyğuların ustalıqla, səmimi ifadəsinə görə sağ olun, Vaqif müəllim!
Əhsən!
Mənəviyyatda "mən; mənimlik" yox, ona son...
QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.


