Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

“Hökümə – Səma ulduzu” adlı mahnı-klipin təqdimat mərasimi keçirilib +VİDEO

2 fevral 2026-cı il tarixində Bakı şəhərində “3 nömrəli uşaq-gənclər inkişaf mərkəzi” publik hüquqi şəxsin təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Hökümə Əliyevanın xatirəsinə həsr olunmuş “Hökümə – Səma ulduzu” adlı mahnı-klipin təqdimat mərasimi keçirilib.

AZpress.AZ xəbər verir ki, musiqisi bəstəkar Sevinc Tofiqqızına, sözləri şair Baba Vəziroğluna məxsus olan mahnını mərkəzin “Vokal” dərnəyinin rəhbəri Gülnarə Qurbanovanın “Azəri inciləri” qrupunun istedadlı yetirmələri ifa ediblər. Klipin rejissoru Xalid Əliyev, aranjimanı Fərahim Sadiq, fotojurnalisti Rüstəm İsmayılov, layihə rəhbəri isə Sevinc Tofiqqızıdır.

Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun mütəxəssisi Sevda Ramazanova, Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun bacısı Kəmalə Həşimova, Milli Qəhrəman Hökümə Əliyevanın anası Kəmalə Əliyeva və həyat yoldaşı Etibar Əliyev, Azərbaycanın Milli Qəhrəmanı İqor Kşnyakinin həyat yoldaşı Yana Kşnyakina və qızları Anastasiya və Darya Kşnyakinalar, Qarabağ qazisi Rüxsarə Bayram qızı, AZAL-ın nümayəndələri, Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının rəhbəri Elmar Məmmədov, Rafael Əsgərov və digər qonaqlar iştirak ediblər.

Mərasimdə həmçinin Polad Həşimova həsr olunmuş “General Polad” mahnısı səsləndirilib, “ARB Günəş” telekanalının layihəsi çərçivəsində hazırlanmış “Səma Qəhrəmanı” klipi nümayiş olunub. Sonda “Hökümə – Səma ulduzu” mahnı-klipi ilk dəfə təqdim edilib, qonaqlar öz təəssüratlarını bölüşüblər və şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub.
Mahnı-klipin təqdimatının təşkilində dəstəyi və əməyi olan 3 nömrəli uşaq-gənclər inkişaf mərkəzinin direktoru Lalə Qətiyə və onun əməkdaşlarına dərin təşəkkürümüzü bildiririk!

Allah şəhidlərimizə rəhmət eləsin!

Best coffeeshop in Berlin
https://youtu.be/ZlM_l95jq5M