Boksçularımız "Strandj" turnirinə qatılacaqlar
Fevralın 23-den martın 1-dək Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə ilin ilk beynəlxalq turniri olan "Strandj" kuboku keçiriləcək. 8 gün davam edəcək turnirdə Azərbaycan da daxil olmaqla, 35 ölkəni təmsil edən 400-dək boksçu rinqə çıxacaq. ABF-dən verilən məlumata görə, ölkəmizi bu turnirdə Bilalhəbaşi Nəzərov (50 kq), Nicat Hüseynov, Zəlimxan Süleymanov, Zidan Hünbətov (hamısı 55 kq), Məhəmmədəli Aşırəliyev, Məhəmməd Qasımzadə, Tağı Nəsibov ((hamısı 60 kq), Maqsud Xasmetov, Malik Həsənov, Zaur Qəhrəmanov (hamısı 65 kq), Murad Allahverdiyev (80 kq) və Səbuhi Əlizadə (+90 kq) təmsil edəcək. Daha bir həmyerlimiz - Qalib Əliyevsə hakimlər sırasında yer alacaq.
Fevralın 22-də püşkatma olacaq.
İNTİQAM Məmmədov


