Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Şahmatçıların ölkə çempionatında yarımfinalçılar müəyyənləşib

Ötən ilki çempion Məmmədov tay-brekdə gənc Səmədovla bacarmayıb 

Kişi və qadın şahmatçılar arasında keçirilən Azərbaycan çempionatında bu gün baş tutan bir neçə tay-brek görüşləri ilə 1/4 finala yekun vurulub və bununla da bütün yarımfinalçılar müəyyənləşib. Bu gün keçirilən tay-brek oyunlarında gözlənilməz nəticələr qeydə alınıb. Belə ki, ötənilki çempionatın qalibi Rauf Məmmədov (6 qat ölkə çempionu) gənc şahmatçı Read Səmədovla bacarmayıb - 2,5:3,5.

Daha bir təcrübəli şahmatçı Nicat Abbasov Aydın Süleymanlı ilə bacarmayıb - 1,5:2,5.

Eltac Səfərli isə Məhəmməd Muradlı səddini keçə bilməyib - 1:3.

Qadınların tay-brekində isə Türkan Məmmədyarova Nərmin Abdinovadan (3:1), yiqmanin üzvü Gülnar Məmmədova isə Xanım Balacayevadan (2,5:1,5) güclü olub.

Sabah çempionatda yarımfinal görüşləri keçiriləcək. Bu mərhələdə aşağıdakı cütlər qarşılaşacaqlar:

Kişilər:

Aydın Süleymanlı (2628 reytinq xalı) - Şəhriyar Məmmədyarov (2727);

Read Səmədov (2510) - Məhəmməd Muradlı (2581);

 

Qadınlar:

Ülviyyə Fətəliyeva (2434) - Gülnar Məmmədova (2330);

Türkan Məmmədyarova (2216) - Ayan Allahverdiyeva (2196).

Çempionat "Landmark" Biznes Mərkəzində keçirilir.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin