Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"Qarabağ" IFFHS dünya reytinqində 9 pillə irəliləyib

Azərbaycanın "Qarabağ" futbol klubu dünya reytinqində doqquz pillə irəliləyib.

Bu, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) tərəfindən dərc olunmuş siyahıda öz əksini tapıb.

Azərbaycan çempionu 200 xalla 60-cı yerdədir.

Digər milli təmsilçilər arasında "Sabah" (96 xal) 224-cü yerdən 211-ci yerə yüksəlib, "Zirə" (63 xal) 389-cu yerdən 418-ci yerə düşüb, "Araz-Naxçıvan" (59 xal) isə 456-cı yerdən 468-ci yerə düşüb.

Fransanın "PSJ" klubu 595 xalla 502 klubun siyahısına başçılıq edir.

Best coffeeshop in Berlin