"Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan!" layihəsinə başlanılmışdır
“Qadın və Gənc Ailələrin Sosial İnkişafı” İctimai Birliyi və Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə "Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan!" layihəsinə başlanılmışdır.
AZpress.AZ xəbər verir ki, layihənin əsas məqsədi Heydər Əliyev irsinin öyrənilməsi və onun banisi olduğu Konstitusiyanın vətəndaşların hüquq və azadlıqlarının, müstəqil dövlətçilik və demokratiyanın təminatı kimi gənclərə aşılamaqdır.
Layihə üç ay müddətində Bakı şəhəri Binəqədi rayonunda həyata keçirilir. Ümumilikdə iki seminarı və bir konfransı əhatə edəcək layihəyə 150 nəfər gənc cəlb olunacaqdır.
Seminarlarda Heydər Əliyev irsinin öyrənilməsi və onun yaratdığı Konstitusiyanın gələcək üçün bir təməl rolu olması gənclərə təbliğ ediləcəkdir.
Layihənin sonunda Bakı şəhərində “Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan” adlı konfrans keçiriləcəkdir.
Qeyd edək ki, layihə Azərbaycan Gənclər Fondu tərəfindən dəstəklənir.


