“Yeni ildə həmrəyliyin rəngli işıqları” adlı tədbir keçirildi +FOTO=48
18 dekabr 2025-ci il tarixdə Xətai Sənət Mərkəzində “2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” publik hüquqi şəxsin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili” çərçivəsində “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”nə həsr olunmuş “Yeni ildə həmrəyliyin rəngli işıqları” adlı tədbir keçirildi.
Tədbirin əsas məqsədi uşaqların yaradıcılıq bacarıqlarını nümayiş etdirmək, onların incəsənətə olan marağını dəstəkləmək və gənc istedadları tanıtmaq idi.
Tədbirdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Uşaq və gənclərin inkişafı şöbəsinin Tərbiyə məsələləri üzrə iş sektorunun müdiri Qeyrət Şirəliyev, həmin şöbənin əməkdaşı Əbdüləli Mürsəlov, Nəsimi Rayon İcra Hakimiyyətinin əməkdaşı Emin Hüseynov, Azərbaycan Rəssamlar İttifaqının sədr müavini, Xalq rəssamı, professor Ağaəli İbrahimov və Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov iştirak etmişdir.
Əvvəlcə Mərkəzin gənc istedadlı üzvlərinin rəsm işlərindən ibarət sərgiyə baxış keçirildi. Bir-birindən maraqlı və rəngarəng rəsmlərdə uşaqların daxili dünyası, düşüncələri və yaradıcılıq təxəyyülü öz əksini tapmışdı. Sərgidə təqdim olunan əsərlər böyük maraqla qarşılandı.
Tədbirdə çıxış edən Elm və Təhsil Nazirliyi Uşaq və gənclərin inkişafı şöbəsinin Tərbiyə məsələləri üzrə iş sektorunun müdiri Qeyrət Şirəliyev uşaqların və gənclərin yaradıcılıq potensialının inkişafının vacibliyini vurğulayaraq, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.
Azərbaycan Rəssamlar İttifaqının sədr müavini, Xalq rəssamı, professor Ağaəli İbrahimov isə bir rəssam kimi uşaqların əsərlərində hisslərin, daxili dünyalarının və sərbəst düşüncənin aydın şəkildə əks olunduğunu qeyd edərək, bu cür tədbirlərin istedadların üzə çıxarılmasında mühüm rol oynadığını bildirdi.
Tədbirdə sərginin ərsəyə gəlməsində əməyi olan “Rəsm” dərnəyinin rəhbərləri Bilal Qənbərli və Xatun Əliyevanın uşaqların inkişafında göstərdikləri zəhmət xüsusi vurğulandı.
Həmçinin, “Təbəssüm” rəqs qrupunun “Şələqoy”, “Müasir”, “Qrinç” və “Yeni il” rəqsləri tədbirə xüsusi rəng qatdı. Sonda sərgidə iştirak edən uşaqlar il ərzində göstərdikləri fəallığa görə diplomlarla təltif olundular.
Fotolar: Rüstəm İsmayılov
-bu reportajda olan fotoları sifariş ermək üçün
-eyni zamanda AZpress.AZ İnformasiya Agentliyinin XƏBƏR saytlarında REKLAM və REKLAM xarakterli məlumatların yayımlanması üçün təqdim etdiyimiz mobil nömrə ilə əlaqə saxlaya bilərsiniz: +99477 737 75 76


