“İnklüzivliyin Sirri 5” sosial layihəsi uğurla həyata keçirildi +FOTO=22
“Inclusive Organization Company” şirkətinin rəhbəri İbrahim Məmmədov və “Ümidlə Gəl” layihəsinin təsisçisi Hacı Quliyevin birgə təşəbbüsü ilə “İnklüzivliyin Sirri 5” sosial layihəsi uğurla həyata keçirildi.
3 dekabr tarixində Nizami Kino Mərkəzində “Konstitusiya və Suverenlik ili” çərçivəsində “Inclusive Organization Company” və “Ümidlə Gəl” xeyriyyə layihəsinin birgə təşkilatçılığı ilə “İnklüzivliyin Sirri 5” adlı genişmiqyaslı konsert proqramı baş tutub. Tədbir Yeni Azərbaycan Partiyası Nizami Rayon Təşkilatı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Qərbi Azərbaycan Təravəti, Xəzər Universiteti və Vineyard XDİ-nin rəsmi tərəfdaşlığı ilə gerçəkləşdirilib.
Açılış mərasimində “Ümidlə Gəl” layihəsinin təsisçisi Hacı Quliyev və “Inclusive Organization Company” şirkətinin rəhbəri İbrahim Məmmədov qonaqları salamlayaraq tədbirin sosial əhəmiyyətini vurğulayıblar. Daha sonra proqram çərçivəsində Azərbaycanda ilk dəfə olaraq inklüziv dəb nümayişi təqdim olunub. Nizami Gəncəvinin “Xəmsə”sindən ilhamlanan xüsusi kolleksiya inklüziv modelyer Kübra Nuriyeva tərəfindən, “Xeyir və Şər” kolleksiyası isə modelyer Nərmin Məmmədzadə tərəfindən nümayiş etdirilib. Model çıxışları Syama Həsənovanın rəhbərliyi ilə reallaşdırılıb.
Tədbirin ilk hissəsində rəssam Mehriban Alışovanın özəl sənət əsərləri qonaqlara təqdim edilib. Ardınca xüsusi qayğıya ehtiyacı olan şəxs Pərvanə Hüseynlinin rəsmləri nümayiş olunub. Sərgi şirkətin rəssamı Aydan Məmmədovanın “Simurq” adlı əsərinin təqdimatı ilə davam edib.
“İnklüzivliyin Sirri 5” layihəsi inklüziv mədəniyyətin genişləndirilməsi, xüsusi qayğıya ehtiyacı olan şəxslərin ictimai həyata fəal şəkildə inteqrasiyası və onların yaradıcılıq imkanlarının tanıdılması istiqamətində mühüm addım kimi dəyərləndirilir.
Fotolar: Rüstəm İsmayılov
-bu reportajda olan fotoları sifariş ermək üçün
-eyni zamanda AZpress.AZ İnformasiya Agentliyinin XƏBƏR saytlarında REKLAM və REKLAM xarakterli məlumatların yayımlanması üçün təqdim etdiyimiz mobil nömrə ilə əlaqə saxlaya bilərsiniz:
+99477 737 75 76


