Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Cüdoçuların Azərbaycan çempionatı başlayıb 

Bu gün Bakı İdman Sarayında kişi və qadınlar arasında cüdo üzrə Azərbaycan çempionatına start verilib. Azərbaycan Cüdo Federasiyası və Gənclər İdman Nazirliyinin birgə təşkilatçılığı, "Azman Holding"lə "Azercell Telekom"un sponsorluğu ilə keçirilən bu çempionatda 50 klub və idman cəmiyyətinini təmsil edən 206 tatami ustası medallar uğrunda yarışacaq. 

Çempionatın ilk iki günü, fərdi, son günündə isə komanda yarışı keçiriləcək.

İlk gündə kişilər 60, 66 və 73 kq-da, qadınlar isə 63, 70, 78 və +78 kq çəki dərəcəsində güləşəcəklər (cəmi 107 cüdoçu ). İkinci gün isə kişilər 81, 90, 100 və +100 kq çəkidə, qadınlarsa 48, 52 və 57 kq-da mübarizə aparacaqlar.

Komanda yarışına gəlincə, kişilər 66, 73, 81, 90 və +90 kq-da, qadın komandalarsa 52, 57, 63, 70 və +70 kq çəki dərəcəsində tatamiyə çıxacaqlar.

Təsnifat yarışları hər gün saat 10:00-da, medallar uğrunda görüşlər isə saat 17:00-da başlanacaq.

Yarış "CBC Sport" TV və federasiyanın "YouTube" kanalında canlı yayımlanacaq.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin