Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

ABL-da 8-ci tur davam edir

Kişi basketol klublarının çıxış etdiyi Azərbaycan Basketbol Liqasında (ABL) sayca 8-ci olan hesabat turu davam edir. Turun dünənə təsadüf edən ikinci günü daha iki oyun keçirilib. Hər iki oyun "Sərhədçi" İdman Sarayında baş tutub. Oyunların nəticələri belə olub:

"Naxçıvan" - "Lənkəran" -  82:75 (18:13, 9:19, 27:17, 28:26). 

Matçın ən yaxşı oyunçusu 22 xalla yadda qalan Camal Darrel ("Naxçıvan") olub.

"Abşeron Lions" - "NTD Baku" - 102:87 (30:16, 21:23, 30:30, 21:18). Matçın ən məhsuldar oyunçusu adına isə dəqiq atışları ilə özünün və komandasının aktivinə 18 xal yazdıran Də'Ondre Cekson ("Abşeron Lions") layiq görülüb.

Bu gün isə hesabat turunda son iki oyun keçiriləcək.

Saat 15:00. "Quba" - "Sumqayıt" (Quba Olimpiya İdman Kompleksi);

Saat 17:00. "Şəki" - "Sabah" (Şəki Olimpiya İdman Kompleksi).

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin