Xəzər dənizi sahillərində təxminən 500 ölü suiti tapılıb
Dağıstanın Sulak və Terek çaylarının mənsəbləri arasında Xəzər dənizi sahilində 484 suiti cəsədi aşkar edilib.
Bu barədə Dağıstan Təbii Sərvətlər Nazirliyi özünün Telegram kanalında məlumat verib.
Dekabrın 3-də nazirliyin mütəxəssisləri Karabudaxkent, Kayakent və Dərbənd rayonlarında, eləcə də Mahaçqala sahillərində araşdırma aparıblar. Sahil ərazilərinin tədqiqatı hələ başa çatmayıb.
Dağıstan Təbii Sərvətlər Nazirliyi heyvanların ölüm səbəbini müəyyən etmək və lazımi tədbirlər görmək üçün yerli hökumətlərə sorğular göndərib. Bu qurumlara Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmət (Rosselxoznadzor), Təbii Sərvətlərdən İstifadəyə Nəzarət üzrə Federal Xidmət (Rosprirodnadzor) və Baytarlıq Komitəsi daxildir.


