İrina Zaretska İslamiadada qızıl medal qazanıb
Ər-Riyyadda (Səudiyyə Ərəbistanı) keçirilən 6-cı İslamiadada karate yarışları davam edir. İlk günü Azərbaycan yığması üçün uğurlu olan yarışın ikinci günü də yaddaqalan olub.
AKF-dən verilən məlumata görə, noyabrın 12-ə təsadüf edən ikinci günü daha iki karateçimiz dayanq üzərinə çıxaraq mübarizəyə başlayıb. Cütlüyümüzdən yalnız biri - 68 kq çəki dərəcəsində fərdi kumite yarısında iştirak edən İrina Zaretska (68 kq) bütün döyüşlərini qələbə ilə başa vuraraq karyerasında üçüncü dəfə İslamiadanin qalibi olaraq, qızıl medal qazanıb.
Təəssüflər olsun ki, İrina ilə eyni gündə mübarizəyə qatılan Nuran Rzazadə (67 kq) isə startdaca uduzub.
İrinanın qızılindan sonra Azərbaycan komandasının aktivindəki medalların sayı 3-ə (1-0-2) çatıb.
İNTİQAM Məmmədov


