Fotomüxbir Rüstəm Fərman
Bakı Slavyan Universitetinin
“Fotojurnalistika” fənnindən tələbələrə
praktik məşğələ keçirib
Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin fotoqrafı Rüstəm Fərman Bakı Slavyan Universitetinin qonağı olub. Jurnalistika kafedrasının müdiri Vüqar Rəhimzadənin təşkilatçılığı ilə kafedranın müəllimi Fərqanə Məlikovanın tədris etdiyi “Fotojurnalistika” fənnindən tələbələrə praktik məşğələ keçirilib. Məşğələdə fotojurnalistikanın əsasları, fototexnikadan və işıqlandırma qurğularından düzgün istifadə, fotoçəkiliş zamanı düzgün rakursun seçilməsi, fotojurnalistikanın janrları, üslub anlayışı, ekstremal vəziyyətdə fotojurnalistin davranışı və s. haqqında tələbələrə məlumat verilib. Fotoqraf R.Fərman uğurlu fotoları və öz təcrübələrini tələbələrlə bölüşüb.
Sonda fotoqraf R.Fərman fotokamera ilə davranış qaydaları, fon, effekt, işıq, rəng, kompozisiya ilə bağlı tələbələrə praktik bilgilər verib, hər bir tələbə fotokameradan istifadə edərək bu prinsiplərə uyğun fotolar çəkiblər.


