Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Mədəniyyət və İncəsənət Universitetində
 “Bazarçay əsirləri”
kitabının təqdimatı keçirildi
(VİDEO+FOTO=99)

VİDEO saat 21.00-dan sonra təqdim olunacaq

Tədbir, Azərbaycanın İşğaldan Azad Edilmiş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qərbi Azərbaycanın maddi-mədəni irsinə qarşı erməni vandalizmi, hüquq müstəvisində” layihəsi çərçivəsində hazırlanmış “Bazarçay dərəsinin əsirləri” adlı kitabdan bəhs edir. Kitab Qərbi Azərbaycanın Bazarçay adlı yalnız bir çay hövzəsindəki 73 tarix və mədəniyyət  abidələrinə qarşı törədilən erməni vandalizmindən bəhs edir. İngilis və azərbaycan dillərində 600 tirajla nəşr edilən kitab, əsasən xarici ölkə ziyalıları üçün nəzərdə tutulub.
Tədbir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Muzeyşunaslıq fakultəsində keçirildi. Tədbirdə Layihə rəhbəri. AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitunun əməkdaşı. Beynəlxalq Memarlar Akademiyasının üzvü və fəxri professoru Faiq İsmayılov Bazarçay dərəsinin abidələri haqqında geniş məlumat verdi. 
Qeyd edildi ki, Bazarçay dərəsinin ətraf əraziləri Oğuz-türk abidələrinin çoxluğu ilə diqqət çəkir. Tarixin yaratdığı bu maddi sübutlar bu ərazilərin bir zamanlar oğuz-türk yurdu olması gümanını da təsdiqləyir. Bu abidələr Qafan, Mehri, Qarakilsə və Gorus rayonları ərazilərində daha çoxdur. Qədim qəbiristanlıqlar, məqbərələr, məscidlər, qalalar, daş fiqurlar, sujet xarakterli oymaların bir çoxu zaman-zaman ermənilər tərəfindən dağıdılsada, onların bir çoxu yaşayaraq dövrümüzə qədər gəlib çıxmışdır.
Ermənilər nə xristianlıq dövrünə qədər olan abidələrin hamısını bazilika, sovmə, qəbirüstü tikili və qurğuları, inzibati binaları, xatirə abidələrini hətta yeraltı qazmaları və kahaları erməni kilsələri adlandıraraq, bu ərazilərdə ermənilərin ulu əcdadlarının yaşadıqlarını “sübut” etməyə çalışırlar.
Ermənilər, unikal alban dövrü tikililərinin üzərindən bir çox bədii ornamental görüntüləri, yazı və simvolları silir, abidələrin daxili və xarici interyerində dəyişiklik edərək abidəni tanınmaz hala salırlar. Bir çox hallarda türklərin yaşadıqları qədim inzibati yaşayış məntəqələrini dağıdaraq xarabalığa çevirirlər.
Alban dövrünün ən mürəkkəb tikililəri isə bir qayda olaraq bazillikalar və monastırlar hesab olunurlar. Monastr və bazillikalar, kilsə və sovmələrdən fərqli olaraq iki, üç və hətta dördnefli əzəmətli tikinti quruluşuna malik olurlar. Bu abidələr kütləvi tədbirlər və dini ibadətlər üçün nəzərdə tutulurdu. Bu abidələrin də tikinti üslubu və özünəməxsus xüsusiyyətləri Şərq xristianlığı memarlığından kəskin şəkildə fərqlənir.  
Cənubi Qafqazda tarixi kökə və mədəniyyətə malik olmayan ermənilər süni şəkildə belə iyrənc yollarla özlərinə tarix yaradıb dünyanı inandırmağa çalışırlar ki, onlar bu torpaqların əzəli və əbədi sakinləridirlər. Məhz bu səbəbdən də ermənilər məqsədli şəkildə işğal altında saxladıqları ərazilərdə Alban abidələrini mənimsəyərək, Alban memarlığının milli mənsubiyyətini dəyişdirirlər. Ermənilər Qərbi Azərbaycan torpaqlarında məskunlaş-dırıldıqdan sonra müsəlman dini abidələri, inanc yerləri, qəbirlər, ziyarətgahlar, məscidlər birmənalı şəkildə məhv edilməyə başlanılıb.

Best coffeeshop in Berlin