Azərbaycan-Qazaxıstan strateji əməkdaşlığı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstana dövlət səfəri ərəfəsində “Kazinform”a eksklüziv müsahibəsində iki ölkə arasında siyasi dialoqun yüksək səviyyəsindən, nəqliyyat, logistika, neft-qaz sahələrində əməkdaşlığın sürətli inkişafından, həmçinin yaşıl enerji sahəsində birgə işin perspektivlərindən danışaraq
ikitərəfli əməkdaşlığın möhkəmlənməsinə töhfə verən mühüm amilin dövlətlərarası əlaqələrin bütün səviyyələrdə hərtərəfli dərinləşməsinə təkan verən fəal və konstruktiv dialoq olduğunu bildirmişdir.
Prezident İlham Əliyev işğaldan azad edilmiş Füzuli şəhərində Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzinin tikintisinə görə qardaş Qazaxıstana bir daha minnətdarlığını bildirmiş və hazırda orada 100-ə yaxın uşaq təhsil aldığını qeyd etmişdir.
Bu səfər iki ölkə arasında dostluq və qarşılıqlı etimadın daha da güclənməsinə xidmət edir. Azərbaycan və Qazaxıstanın birgə səyləri regionda sabitlik, inkişaf və tərəqqinin möhkəmlənməsinə mühüm töhfə verir.
Abbas Abbaszadə,
Masallı rayonu, Həsənli kənd sakini.


