Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Cüdoçularımız Meksika Qran-Prisinə 3 medalla başlayıblar 

Oktyabrın 17-də  Meksikanin Qvadalaxara şəhərində kişilər arasında cüdo üzrə reytinq xarakterli Qran-Priyə start verilib. Azərbaycan da daxil olmaqla 33 ölkədən olan idmançılarının qatıldığı bu turnirin ilk günü yiqmamiz üçün uğurlu olub. ACF-dən verilən məlumata görə, turnirin start günü tatamiyə çıxan 4 təmsilçimizdən 3-ü uqurla çıxış edərək, mükafatçılar sırasında yer alıb. Qazanılan medallardan ikisi qızıl, biri isə bürünc əyarlı olub. Qızıl medallar bütün görüşlərini qələbə ilə başa vuran Balabəy Aqayevlə (60 kq) Ruslan Paşayevin (66 kq) aktivinə yazılıb. Bürünc medalı isə çıxışını üçüncü yerdə bitirən Əhməd Yusifov (60 kq) qazanıb.

İlk gündən sonra Azərbaycan komandası medal sıralamasında 3 (2-0-1) medalla birinci yeri tutur. 

Bu gün isə çəkisi 73 və 81 kq olan cüdoçular tatamiyə çıxacaqlar.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin