Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Rusiya öz təyyarəsini vurdu

Rusiya hava hücumundan müdafiə sistemləri Ukrayna pilotsuz təyyarələrinin hücumunu dəf edərkən ilhaq edilmiş Krım üzərində öz təyyarələrini vurub.

AZpress.AZ xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrinin sözçüsü Dmitri Pletençuk Ukraynanın" Apostrof" telekanalında məlumat verib.

Pletençukun sözlərinə görə, Rusiya hava hücumundan müdafiə qüvvələrinin səylərinə baxmayaraq, Ukraynanın hücumu effektiv olub və Krımda neft anbarında yanğın başlayıb.

Rusiyanın hərbiyönlü Telegram kanalları da rus ordusunun döyüş təyyarəsini itirməsi barədə məlumat yayıb. Lakin onun dost atəşi ilə məhv edildiyini inkar edirlər. Məsələn, əsas Z-kanalı "Two Majors" təyyarənin öz silah sistemlərindəki nasazlıqlar səbəbindən qəzaya uğradığını iddia edir.

Nə Müdafiə Nazirliyi, nə də Rusiyanın digər rəsmi mənbələri Krımda bir təyyarənin itirilməsi ilə bağlı rəsmi məlumat verməyiblər. Bununla belə, Rusiya ordusu ilhaq edilmiş Krımdakı hədəflər də daxil olmaqla, Ukrayna pilotsuz təyyarələrinin gecə hücumunu dəf etdiyini bildirdi.

Onlar aydınlaşdırıblar ki, Rusiya hava hücumundan müdafiə qüvvələri bir gecədə 61 Ukrayna pilotsuz uçan aparatını məhv edib, onlardan 32-si Krım, 6-sı isə Qara dəniz üzərində olub.

Best coffeeshop in Berlin