Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azərbaycan cüdoçuları Peru Qran-Prisini 7 medalla bitiriblər

12-14 oktyabr günlərində Perunun paytaxtı Limada böyüklər (kişi və qadınlar) arasında keçirilən və Azərbaycan idmançılarının da iştirak etdiyi cüdo üzrə Qran-Pri yarışları başa çatıb. Üç gün davam edən bu turnirdə  Azərbaycan yığması da iştirak edib. Qeyd edək ki, 49 ölkəni təmsil edən 293 (172 kişi və 121 qadın) cüdoçunun iştirak etdiyi bu turnir yığma komandamız üçün uğurlu olub. ACF-dən verilən məlumata görə, baş məşqçi Ridard Traitman və böyük məşqçi Elxan Məmmədovun rəhbərlik etdiyi kişi komandamızın heyətində 14, baş məşqçisi Amina Abdellatif olan qadın millimizin heyətində isə 3 tatami ustası yer alıb. 7 çəki dərəcəsində çıxış edən cüdoçularımızdan  7-si inamla çıxış edərək mükafatçılar sırasında yer alıb. Qazanılan medallardan ikisi gümüş, qalanı isə bürünc əyarlı olub.

Gümüş medallar Əhməd Yusifovla (60 kq) Murad Fətiyevin (90 kq) aktıvinə yazılıb.Burunc medallar isə çıxışını üçüncü yerdə bitirən Könül Əliyeva (48 kq), Rəşad Yelkiyev, Ruslan Paşayev (hər ikisi 66 kq), Ömər Rəcəbli (81 kq) və 21 yaşlı Kənan Nəsibovun (+100 kq) payına düşüb.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin