Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Kişi şahmat komandamız AÇ-da ikinci pilləyə yüksəlib 

Gürcüstanın Batumi şəhərində kişi və qadın şahmatçılar arasında keçirilən komanda Avropa çempionatı davam edir. İsveçrə sistemi üzrə keçirilməklə 9 turdan ibarət olan çempionatda Azərbaycan ham kişi, həm də qadın komandası ilə iştirak edir. Dünən çempionatda sayca 7-ci turun oyunları keçirilib. Heyətində Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Eltac Səfərli və Aydın Süleymanlının yer aldığı kişi komandamız hesabat turunda Macarıstan millisini məğlub edib -3:1. Heyətdə yer alan şahmatçılarımızdan Eltac və Aydın turu qələbə ilə başa vurub. Səhriyarla Rauf isə üzləşdiyi rəqiblə sülh bağlayıb. Qeyd edək ki, geridə qalan 7 turdan sonra kişi komandamız yalnız Ukraynadan (13 xal) geri qalmaqla aktivindəki 11 xalla ikinci yerdə qərarlaşıb. Hərəyə 10 xal toplayan Hollandiya, Rumıniya, İngiltərə və Serbiya isə 3-6-ci yerleri bölüşür. Bu gün baş tutacaq 8-ci tur çərçivəsində kişi komandamız yarışa şəriksiz liderlik edən Ukrayna ilə üzləşəcək. 

Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Xanım Balacayeva və Gövhər Beydullayevadan ibarət heyətlə 7-ci tura çıxan qadın millimiz isə Gürcüstan komandasına uduzub - 1,5:2,5.

Şahmatçılarimizdsn yalnız Gülnar turu qələbə ilə bitirib. Xanımın rəqiblə sülh bağladıqi bu turda Ülviyyə və Gövhər uduzub. Hazırda 8 xalla 10-cu yerdə olan qadın millimiz bu gün keçiriləcək 8-ci turda Rumıniya ilə qarşılaşacaq.

Çempionata oktyabrın 14-də 9-cu turla yekun vurulacaq.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin