AZpress.AZ-ın ARXİVİNDƏN
YADA DÜŞƏR XATİRƏLƏR
Elşad Barat:
Elza Seyidcahanın şeirlərində sabiranə tənqid mesajı var
Elza Seyidcahan çox istedadlı bir insandır, onun möhtəşəm bəstələri vardır, bəzən onun şeirlərinə insanlar gülüb keçir. Amma fikir versək görərik ki, onun şeirlərində də güclü enerji axını və sabiranə tənqid mesajı vardır. Düşünürəm ki, Elza xanım bir çox şairdən daha istedadlı şairdir.
Ay mənə şər atan dostlar,
Tikim sizin ağzınızı.
Doğru sözə, haqqa tərəfə,
Çəkim sizin ağzınızı.
Gedirəm mən sənət yolla,
Sən də mənə salam yolla.
Gözünüzü örtən şalla,
Büküm sizin ağzınızı.
Ağlayana yox məmə də,
Nə alsan al qələmə də,
Bağlayacaq məhkəmədə,
Hakim sizin ağzınızı.
Əsl sənət asan ölməz,
Şeirlərim saya gəlməz,
Məndən başqa tikə bilməz,
Heç kim sizin ağzınızı.


