FİN çimərlik voleybolunda dubl edib
Gənclər İdman Nazirliyi və Azərbaycan Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarınin əməkdaşları (kişi və qadınlar) arasında çimərlik voleybolu üzrə turnir keçirilib. AVF-dan verilən məlumata görə, maraqlı və gərgin mübarizə şəraitində keçirilən yarışda həm kişilər, həm də qadınlar arasında qalıb adını Fövqəladə Hallar Nazirliyinin komandası qazanıb. Turnirin daha bir diqqətçəkən məqamı SOCAR-ın həm kişi, həm də qadın komandasının ikinci yeri tutması olub.
Üçüncü yerə gəlincə, kişilərin yarışında Dəmir Yolları, qadınlarda isə TƏBİB fəxri kürsüyə qalxib.
İNTİQAM Məmmədov


