Cüdoçumuz Könül Əliyeva İspaniya Kubokunda üçüncü yeri tutub
İspaniyanın Valensiya şəhərində böyüklər arasında cüdo üzrə bu ölkənin Kuboku uqrunda turnir keçirilib. ACF-dən verilən məlumata görə, 35 ölkəni təmsil edən 300-dən çox tatami ustasının mübarizə apardığı bu turnirdə Azərbaycan yığmasının üzvü Könül Əliyeva (48 kq) da iştirak edib. Cüdoçumuz turnirdə uğurla çıxış edərək çıxışını üçüncü yerdə başa vuraraq bürünc medala layiq görülüb.
İNTİQAM Məmmədov


