Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Türkiyədə hotel və restoranlarda "İsveç stolu" ləğv edilə bilər

Türkiyədə qida israfçılığı ilə mübarizə məqsədilə hotel və restoranlarda "İsveç stolu" deyilən açıq bufet formatının dəyişdirilməsi təklif olunub.

AZpress.Az "Sabah" nəşrinə istinadən xəbər verir ki, müvafiq təşəbbüslə Türkiyənin Prezident Administrasiyasının Kənd Təsərrüfatı və Ərzaq Siyasəti Şurası çıxış edib.

Sənəd baxılmaq üçün tezliklə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təqdim ediləcək. Hesabatın nəticələrinə əsasən Türkiyədə bir sıra qanunvericilik tədbirləri qəbul oluna bilər.

Best coffeeshop in Berlin