Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azərbaycan çempionatları tarixində ən çox oyun keçirən 33 futbolçu açıqlandı

Azərbaycan çempionatlarında ən çox oyun keçirmiş futbolçular açıqlanıb.

AZpress.Az xəbər verir ki, siyahını Peşəkar Futbol Liqası tərtib edib.

Sayca 34-cü Azərbaycan çempionatına qədər baş tutan 33 mövsümdə ən çox oyun keçirən futbolçu Rahid Əmirquliyevdir. Ötən mövsümdə II Liqada çıxış edən "Şahdağ Qusar"ın formasını geyinən yarımmüdafiəçi Premyer Liqada 451 matça çıxıb.

Onun kimi Mahmud Qurbanov da "400" səddini keçib. O, 421 oyunda iştirak edib.

İlk üçlüyü Rəşad Sadiqov qapayır. Onun hesabında 392 matç var.

Ötən mövsümdə Premyer Liqada meydana çıxanlar arasında rekordçu Qara Qarayevdir. "Araz-Naxçıvan"ın yarımmüdafiəçisi Əmirquliyevin rekordundan 100 oyun geri qalır.

Qeyd edək ki, Misli Premyer Liqasında yeni mövsümə avqustun 15-də start veriləcək.

33 mövsümdə ən çox oyun keçirən 33 futbolçu

1    Rahid Əmirquliyev    451
2    Mahmud Qurbanov    421
3    Rəşad Sadiqov    392
4    Asif Məmmədov    388
5    Azər Məmmədov    388
6    Aslan Kərimov    382
7    Rəşad Abdullayev    378
8    Elvin Məmmədov    376
9    Maksim Medvedev    376
10    Vurğun Hüseynov    368
11    Aqil Məmmədov    363
12    İsmayıl Məmmədov    351
13    Qara Qarayev    351
14    Rəşad Sadıqov    343
15    İlkin Qırtımov    339
16    Elnur Abdullayev    334
17    Vüqar Nadirov    332
18    Urfan Abbasov    329
19    Rail Məlikov    328
20    Kənan Kərimov    327
21    Tural Axundov    324
22    Slavik Alxasov    319
23    Nadir Nəbiyev    316
24    Rauf Əliyev    315
25    Mübariz Orucov    311
26    Müşfiq Hüseynov    305
27    Ədəhim Niftəliyev    303
28    Arif Daşdəmirov    302
29    Kamal Quliyev    302
30    Rəhman Hacıyev    302
31    Mehman Yunusov    298
32    Viktor İqbekoyi    294
33    Aleksandr Çertoqanov    293
 

Best coffeeshop in Berlin