Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Masallıda sürücülər üçün təlimlər keçirilib

 

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Masallı rayonunda  “Beynəlxalq yük daşımalarında iştirak edən sürücülər üçün iş və istirahət rejimi” mövzusunda xüsusi təlimlər təşkil edilib. 
«Azpresstimes.info» “AYNA”ya istinadən xəbər verir ki, təlimlər Nazirlər Kabinetinin 147 nömrəli Qərarı ilə təsdiq edilən “Taxoqrafdan istifadə, ona xidmət və rəqəmsal taxoqraf kartından istifadə üzrə” proqram əsasında həyata keçirilib.
“Arkivan Transport” MMC-də təşkil edilən təlimlərə 40-a yaxın sürücü cəlb olunub. Tədris prosesi sürücülərin təhlükəsiz və qanunvericiliyə uyğun fəaliyyətini təmin etmək məqsədilə nəzəri və praktik hissələri əhatə edib. Proqram çərçivəsində sürücülərə taxoqrafların tətbiqi və istifadəsi ilə bağlı ümumi tələblər, taxoqrafların təyinatı, növləri və texniki xüsusiyyətləri, sürücülərin iş və istirahət rejimi qaydaları, sürücü kartı və ondan istifadə qaydaları tədris edilib.
Təlimlərdə uğur qazanan iştirakçılara sertifikatlar təqdim olunub. Sertifikat sahibləri beynəlxalq səviyyədə tanınan taxoqraf kartlarını əldə edə biləcəklər.
Təlimlər yükdaşıma fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması, sürücülərin peşəkar bilik və bacarıqlarının artırılması baxımından böyük əhəmiyyət kəsb edir.

Best coffeeshop in Berlin