Güləşçimiz Polşada birinci olub
İyulun 30-dan avqustun 3-dək Polşanın paytaxtı Varşavada idman güləşi üzrə beynəlxalq turnir keçirilib. Qeyd edək ki, adıçəkilən ölkənin tanınmış güləşçilərinin xatirəsinə həsr olunan və beş gün davam edən bu turnirdə Azərbaycanı sərbəst güləş üzrə yığma komandamızın üzvü Giorgi Meşvildişvili (125 kq) təmsil edib. AGF-dən verilən məlumata görə, zədə üzündən Macarıstanda keçirilən reytinq xarakterli turnirə qatılan bilmeyən güləşçimiz Polşada uğurlu çıxışı ilə yadda qalıb. Belə ki, Olimpiya Oyunlarının bürünc medalçısı və Avropa çempionu adını daşıyan Meşvildişvili Polşa turnirində bütün görüşlərini qələbə ilə başa vuraraq, turnirin qalibi olub.
İNTİQAM Məmmədov


