Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Hümbət Quliyev:

 FB müşahidəsi

Facebookda ən populyar istək, ağıllı görünmək istəyidir. Burada hərə öz ağıl məhsulu olan yazıları ilə bölüşüb səbirsizliklə dəstək rəyləri gözləyir.

Öz yumor nümunələrini bölüşənləri də bu qrupa aid edərdim, cünki yumor iti ağlın əlamətidir. Hər iki istiqamət üzrə uğurlu olan dostlarımız çoxdur, var olsunlar. Onlarsız FB çox maraqsız olardı.

Populyarlığına görə növbəti istək, yəqin ki, qəşəng görünmək istəyidir.

Bu istək xanımlar üçün təbii olsa da, bəzi bəylərimiz də davamlı cəhdlər edirlər.

Bu insanlar da var olsunlar, onlarla FB daha rəngarəngdir.

Amma, ən maraqlısı, bu istəklərdə olan insanları hər gün izləməkdir.

Sonda, nə vaxtsa oxuduğum bir fikri yazıram: Həyat aktyorlardan və tamaşaçılardan ibarətdir. Tamaşaçıların xoşbəxt olmaq şansı həmişə daha çoxdur.

Əsində, FB elə səhnədir ki, burada hər kəs eyni zamanda həm aktyor, həm də tamaşaçıdır.

FB-çilərə, yəni bizlərə uğurlar!

Hümbət Həsənoğlu

Best coffeeshop in Berlin