Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Yunan-Roma güləşi üzrə U-17 millimiz DÇ-ni 1 dəst medalla başa vurub 

Güləşçimiz Əli Nəzərov dünya çempionu olub 

İyulun 28-də Yunanıstanın paytaxtı Afinada 17 yaşlılar (U-17) arasında startı verilən və Azərbaycan yığmasının da qatıldığı idman güləşi üzrə dünya çempionatında yunan-Romacilarin (klassiklər) yarışı başa çatıb. Bu yarışa 10 çəki dərəcəsində eyni sayda idmançı ilə qatılan Azərbaycan yığması çıxışını bir dəst medal (1-1-1) və 100 xalla bitirib. Bu nəticə ilə klassiklərimiz komanda hesabında Qırğızıstanla birlikdə 4-5-ci yerləri bölüşürb.

Komandamızın aktıvinə yazılan medallara gəlincə, yeganə qızıl medalın sahibi bütün görüşlərini qələbə ilə başa vuran Əli Nəzərov (60 kq) olub. O, həlledici finalda Qırğızıstan təmsilçisi Amangəldi Yasakbayevi üstələyərək dünya çempionu adını qazanıb - 6:1.

Millimizin aktivinə yazılan gümüş medal 51 kq-da çıxış edən Hikmət Haqverdiyevin payına düşüb. Yalnız son final görüşündə büdrəyən Haqverdiyev gümüş medalla kifayətlənib. O, final qarşılaşmasında özbək idmançı Otabek Tursunovla bacarmayıb - 1:4.

Bürünc əyarlı medalı isə Abdurrahman Hüseynli (45 kq) əldə edib. Güləşçimiz bürünc medal uğrunda görüşdə ukraynalı Timur Məhərrəmovdan açıq-aşkar güclü olub - 9:0.

Çempionat zərif cinsdən olan idmançıların çıxışı ilə davam edir. 

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin