Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

Azər Həsrət: Şeytan yuvası İranla bağlı tədbirləri də arxa plana keçirməməliyik...

Məncə dövlətimizin başı qardaş Türkiyədəki zəlzələ ilə bağlı tədbirlərə qarışmışkən şeytan yuvası İranla bağlı tədbirləri də arxa plana keçirməməliyik. Azərbaycan Respublikasında İranın fars-molla rejiminə bağlı nə varsa, qapısına qıfıl vurulmalıdır! İran Mədəniyyət Mərkəzi, nə bilim, hansısa namazxanası bizim ölkəmizdə fəaliyyət göstərməməlidir! Eləcə də İrana bu və ya digər şəkildə bağlı olan məktəblər, kurslar, dərnəklər də dərhal qapadılmalıdır! Bank Melli İran adı altında fəaliyyət göstərən qurum da artıq Azərbaycan Respublikasında fəaliyyət göstərə bilməz! Bir də İrandakı fars-molla rejiminin hələ də Azərbaycanda qalmaqda olan təxribatçılarının və emissarlarının maliyyə mənbələri müəyyən edilsin və sərt tədbirlər görülsün! Demək istədiyimiz odur ki, bir an da olsa sayıqlığı itirmək və hədəfdən yayınmaq olmaz. Bəli, Türkiyədəki qardaşlarımıza canımızla, başımızla yardım edirik, edəcəyik. Amma bu tərəfdə də fars-molla rejiminin uzantılarını “diqqətsiz” qoymamalıyıq.

Best coffeeshop in Berlin