Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

U-16 millimiz AÇ-da 5-ci, U-18-miz isə 12-ci yeri tutub 

16 yaşlı (U-16) oğlan basketbolçular arasında keçirilən və Azərbaycan komandasının da iştirak etdiyi Avropa çempionatının "C", 18 yaşlı (U-18) qızların isə mübarizə apardığı Avropa çempionatının "B" dvizionunda yarışlar başa çatıb.

Qeyd edək ki,  oğlanlardan ibarət U-16 millimiz son matçını 5-ci yer uğrunda Moldovaya qarşı keçirib və meydanı 79:72 hesablı qələbə ilə tərk efib.

U-18 qızlar millimiz isə son matçını 11-12-ci yerlər uqrunda Lüksemburqa qarşı keçirib. Təəssüflər olsun ki, yiqmamiz həmin oyunda 54:67 hesabla uduzaraq 21 komanda arasında 12-ci yeri tutub.

Mütəxəssislər hər iki komandamızın debütünu yüksək dəyərləndiriblər.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin