Gənc cüdoçularımız AK-da mübarizə aparacaqlar
Bu gün Çexiyanin paytaxtı Praqada gənc cüdoçuların Avropa Kubokuna start verilib. İki gün davam edəcək turnirdə Azərbaycan da daxil olmaqla, ümumilikdə 32 ölkədən 447 (280 oğlan və 167 qız) cüdoçu tatami üzərinə çıxaraq medallar uğrunda yarışacaq. Azərbaycan isə bu yarışa 10 çəki dərəcəsində 22 (14 oğlan və 8 qız) cüdoçu ilə təmsil olunacaq.
Turnirdə daha iki həmyerlimiz - "A" kateqoriyalı beynəlxalq dərəcəli hakim - Arzu Abbasova və Akif Tahirov isə ədalət qoruyucuları arasında yer alıb.
İNTİQAM Məmmədov


