Qadın şahmatçılarımız Dünya Kubokuna gedəcəklər
6-27 iyul günlərində Gürcüstanın Batımı şəhərində qadın şahmatçılarin Dünya Kuboku keçiriləcək. Turnirdə Azərbaycan 4 şahmatçı ilə təmsil olunacaq. Bu dördlükdə isə AÇ -2024-un qalibi Ülviyyə Fətəliyeva (2372), Gövhər Beydullayeva (2386), Xanım Balacayeva (2358) və Gülnar Məmmədova (2352) yer alıb. Onu da qeyd edək ki, təmsilçilərimizin hamısı mübarizəyə 1/64 final mərhələsindən başlayacaq.
Qeyd edək ki, 107 zəka sahibinin mübarizə aparacağı turnirin mükafat fondu 691.250 dollar təşkil edir. Qalıb isə 50 min dollar mükafat qazanacaq.
İNTİQAM Məmmədov


