Yunan-Roma güləşi üzrə U-15 millimiz AÇ-da birinci olub
İtaliyanın Kaorle şəhərində 15 yaşlı yeniyetmələr arasında idman güləşi üzrə keçirilən Avropa çempionatına yunan-Romaçıların çıxışı ilə yekun vurulub. Qeyd edək ki, sərbəst güləş üzrə yığma komandamız kimi klassiklərimiz də komanda hesabında birinci yeri tutub. AGF-dan verilən məlumata görə, 6 (1-2-3) medal qazanan millimiz aktivinə yazdırdığı 131 xalla komanda hesabında bütün komandaları geridə qoyub. İkinci yeri 125 xalla Ermənistan, üçüncü yeri isə 99 xalla Gürcüstan komsndasi tutub.
Yığmamızın aktivinə yazılan medallara gəlincə, yeganə qızılı Ömər Salmanov (44 kq), gümüşləri Hüseyn Əmrahli (38 kq), Ruslan Nuriyev (75 kq), buruncləri isə Xudayar Kərimli (38 kq), Hüseyn Mustafazadə (52 kq) və Nadir Həsənov (62 kq) qazanıb.
Xatırladaq ki, bu çempionatda 7 (2-4-1) medal qazanan sərbəst güləş üzrə U-15 millimiz də Avropada birinci yeri tutub. Qızlarımız isə çempionatı 3 (0-1-2) medalla bitirib.
İNTİQAM Məmmədov


