Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

Sürücü iki nəfəri öldürüb gülməyə başladı

ABŞ-ın İllinoys ştatında 24 yaşlı Stefani Melqoza sərxoş halda maşın sürərkən cütlüklə toqquşub. Qəzadan sonra onun davranışı qan dondurub. Polis kamerasına əks olunan görüntülərdə 24 yaşlı sürücünün polislərin “İki nəfəri öldürdün” sözlərinə inanmayaraq güldüyü anlar yaşanıb. Axtarışlar nəticəsində avtomobilində spirtli içki olan qadının ilk sözləri “Çox sərxoş deyildim” olub. Hadisə nəticəsində hər iki şəxs ölüb. Hakim qarşısına çıxarılan qıza 14 il həbs cəzası verilib. Polis qeydlərinə görə, 2 nəfərin ölümünə səbəb olan Melqoza qəza baş verən gün qanuni limitin 3 qatı sərxoş olub. Bu kimi hallar tək digər ölkələrdə deyil, Azərbaycanda da kifayət qədərdir. Hər gün yol qəzaları baş verir və məsuliyyət kimin üzərinə düşür bilinmir. Sürücü piyadanı, ölən piyadanın da yaxınları sürücünü günahlandırır.

DİANA

Best coffeeshop in Berlin