Azərbaycan milli basketbol komandası Qazaxıstanda keçirilən beynəlxalq turnirin çempionu olub
16 yaşadək qızlardan ibarət basketbolçulardan ibarət Azərbaycan milli komandası Qazaxıstanın Atırau şəhərində keçirilən “Airom Cup” beynəlxalq turnirinin çempionu olub.
Bu barədə Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Komanda U-16 turnirinin final görüşlərində Qazaxıstanın “Barsı Atrau” klubuna 68:32, eləcə də Rusiyanın “MBU Volqoqrad” komandasına 58:47 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, komanda keçirdiyi bütün görüşlərdə qalib gələrək çempion olub.


