Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

HÜMBƏT QULİYEV:

Xoşbəxtlik (esse)

Yaradan bütün kainata mütləq nizam verib. Hər şey tarazlıq içindədir. İnsan biliklər əldə edərək dərk etməlidir ki, o, özü də bu Nizamın ayrılmaz tərkib hissəsidir. İnsan ağlı və hissindən istifadə edərək öz içində, öz daxili nizamını- fiziki, mənəvi tarazlığını yaratmağa çalışmalıdır.

İnsanın ətrafında, təbiətdə olan tarazlıq onun öz daxili fiziki və mənəvi tarazlığı ilə üst- üstə düşəndə, insan özünü çox məmnun hiss edir. Bu ilahi məmnunluqdur. İnsan məhz bu məmnunluğun adını digər ləzzətlərdən fərqləndirərək ona xoşbəxtlik deyir.

Hamıya xoşbəxtliklər!

Hümbət Həsənoğlu

Best coffeeshop in Berlin