Xəzər rayonu Binə qəsəbəsində 183-cü Binə küçəsi təmir olunub +VİDEO/FOTO=9
Bakı şəhəri və onun qəsəbələrində, xüsusilə payız-qış mövsümündə vətəndaşların gediş-gəlişində yaranan çətinliklərin aradan qaldırılması məqsədilə kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlər Xəzər rayonunu da əhatə edir.
Hazırda rayonun Binə qəsəbəsində yerləşən 183-cü Binə küçəsində təmir-bərpa işləri davam etdirilir.
Sözügedən küçənin uzunluğu 1700 metr, orta eni isə 6 metr təşkil edir.
Yenidənqurma işləri çərçivəsində zəruri yerlərdə yararsız qruntun çıxarılması, əks-dolğu işlərinin icrası ilə küçənin profilə salınması işləri aparılıb
Hazırda ərazidə asfalt-beton örtüyünün döşənməsi işləri yekun mərhələdədir.
Qeyd edək ki, cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Binə qəsəbəsində yerləşən 137-ci Binə küçəsində də təmir işlərinin aparılması nəzərdə tutulur.
YOLUNUZ AÇIQ OLSUN...
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)
https://youtu.be/DspI2qDjjNI



