İran münaqişəyə İsrail tərəfində müdaxilə edən ölkəyə “dərhal cavab” verəcək
İran münaqişəyə İsrail tərəfində müdaxilə etmək qərarına gələn istənilən ölkəyə “dərhal cavab” verəcək.
Bu barədə İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının (SNSC) bəyanatında deyilir.
“Hər hansı üçüncü tərəf bu hərəkətlərə (İsrailin - red.) müdaxilə edərsə, ona konkret plana uyğun olaraq dərhal cavab veriləcək”, - SNSC qeyd edib.


