Millimiz Santuşla daha bir "oyuna" girəcək
Baş məşqçisi portuqaliyalı qoça mütəxəssis Fernandu Santuş olan milli futbol komandamız yoxlama sınaq oyunlarını davam etdirir. Millimiz bu gün Santuşla daha bir "oyuna" girəcək. Söhbət saat 20:00-da "Liv Bina Dea Arena"da başlanacaq Azərbaycan - Macarıstan matçından gedir.
Oyunu belaruslu referi Viktor Şimusik idarə edəcək.
Yeri gəlmişkən, millimiz iki gün öncə səfərdə Latviya komandası ilə qarşılaşıb. Həmin görüş qolsuz (0:0) bərabərliklə bitdiyi üçün millimizə Santuşla birgə qələbə sevinci yaşamaq yenə də qismət olmayıb.
İNTİQAM Məmmədov


