Deputatlar parlamentdə etiraz rəqsinə görə cəzalandırılıblar
Yeni Zelandiyada iki Maori millət vəkili qanun layihəsinə etiraz olaraq ənənəvi rəqs nümayiş etdirdiklərinə görə 21 gün müddətinə parlamentdən kənarlaşdırılıb. Bu, millət vəkilləri üçün ölkə tarixində ən uzun cəzadır - buna qədər deputatlar maksimum üç iclas müddətinə səlahiyyətlərini dayandırırdılar.
Maorilər Yeni Zelandiyanın yerli xalqıdır və avropalılar gəlməmişdən əvvəl ölkənin əsas əhalisidir.
Maori Partiyasının (Te Pati Maori) həmsədrləri Ngarewa-Packer və Rawiri Waititi 21 gün, 22 yaşlı Hana-Rawiti Maipi-Clark isə 7 gün müddətinə iclaslardan kənarlaşdırılıb.
Keçən ilin noyabrında Hana-Rawiti Maipi-Klarkın rəhbərlik etdiyi Maori Partiyasının üzvləri Yeni Zelandiyada yerli əhalinin hüquqlarını məhdudlaşdıran qanun layihəsinə etiraz olaraq haka ifa etmişdilər. Daha sonra Maypi-Klark 24 saatlıq işdən uzaqlaşdırılıb. Qanun layihəsinin özü sonda rədd edildi.


