Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Polşa 2040 və ya 2044-cü illərdə keçiriləcək Oyunlara iddialıdır

Polşanın idman və turizm naziri Slavomir Nitras ölkənin 2040 və ya 2044-cü illərdə Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyini açıqlayıb.

Onun sözlərinə görə, hazırda rəsmi müraciətin verilməsi üçün zəruri olan strateji sənədlər üzərində iş gedir.

"Biz əvvəlki ev sahibliyi edən ölkələrin təcrübəsini nəzərə alaraq 2040-cı ildə Olimpiya Oyunlarını təşkil etməyə çalışacağıq. 2044-cü il variantı da nəzərdən keçirilir. Varşava üsyanının 100 illiyi şərəfinə Oyunların Varşavada keçirilməsi hər kəsdə qürur hissi yarada biləcək ideyadır", - nazir qeyd edib.

Xatırladaq ki, Polşa heç vaxt Olimpiya Oyunlarına ev sahibliyi etməyib. Növbəti Yay Olimpiya Oyunları 2028-ci ildə Los-Ancelesdə keçiriləcək.

Best coffeeshop in Berlin