Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

Fidan Əhmədova Afitab:

Yaradıcı insanlar arzularla yaşayır

Yaradıcı insanları anlamaq çətindir. Onlar anlaşılmaz düşünürlər, anlaşılmaz danışırlar. Beyinlərində bir ideya, bir yaradıcılıq fikir dolaşarsa bir gün yemək yeməzlər. Belə insanlar öz düşüncələri ilə qidalanarlar. Lakin kənardakılar ona "yemək niyə yemirsən" deyib onu əsəbləşdirərlər. 
Bütün maddiyyat onlar üçün arxa planda olar. Fiziki və maddi heç bir şey onlar üçün maraqlı olmaz. Əşyalara önəm verməzlər. Ucuz bahalı söhbəti aparmazlar.  
Belə insanlar cinsi yaxınlığa da önəm verməzlər. Onlar üçün ruhu yaxınlıq önəmlidir. Ruhu yaxınlığı olmayan biri ilə cinsi yaxınlığı arzulamazlar. Ruhu yaxınlığı olan, onu tam mənası ilə anlayan biri ilə cinsi yaxınlıq mənəvi dünyanın ən uca zirvələrinə qalxmaqdır onlar üçün. Lakin bunun üçün gərək ilk öncə ruhu yaxınlıqı tam mənası ilə yaşamaq lazımdır. Ona görədə yaradıcı insanlar üçün cinsi yaxınlıq 5-6 cı dərəcəli işdir. 

Yaradıcı insanların bir tərəfi kövrək aciz uşaq kimidir, bir tərəfi qəddardır. 
Yaradıcı insanların qəlbi tez sınır.
Yaradıcı insanlar arzularla yaşayır.

Best coffeeshop in Berlin